Ən Çox Verilən Suallar

1. Qədr gecələrində qüsl almaq (məğrib azanından qabaq olması daha yaxşıdır). 

2. Səhərə qədər məsciddə ibadət etmək (Əhya saxlamaq).

 3. Əhya gecələrində iki rükət namaz qılıb, hər rükətdə “Fatihə” surəsindən sonra 7 dəfə “İxlas” surəsini oxumaq və axırda 70 dəfə istiğfar etmək (“Əstəğfirüllahə və ətubü ileyh”) tövsiyə olunub. Peyğəmğər buyururdu ki, bu namazı qılan adam yerindən qalxmazdan qabaq Allah onun özünün və ata-anasının günahlarını bağışlayar. 

4. Qurani-kərimi açıq vəziyyətdə öz qarşısına qoyub bu duanı oxumaq da müstəhəb sayılır: “Allahümmə inni əsəlükə bi-kitabikəl-münzəli və ma fih. Və fih-ismükəl-əkbərü və əsmaükəl-hüsna və ma yüxafü və ma yürca. Ən təcələni min ütəqaikə minən-nar”. Tərcüməsi: “İlahi, endirdyin kitaba (Qurana) və onun içindəkilərə, Quranın içindəki ən böyük adına, ən gözəl adlarına, qorxmalı və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından bağışladığın adamlardan biri edəsən”. Bu dua bitdikdən sonra hər kəs öz dualarını edə bilər. 

5. Qurani-kərimlə yerinə yetirilən dua ənənəsi. Bu ənənəyə görə, Quranı qaldırıb baş üzərində tutur və bu duanı oxuyurlar: “Allahümmə bi-həqqi hazəl-Quran. Və bi-həqqi mən ərsəltəhü bih. Və bi-həqqi külli möminin mədəhtəhü fih. Və bi-həqqikə əleyhim. Fəla əhədə ərəfü bihəqqikə minkə”. Tərcüməsi: “İlahi, səni and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına. Səni and verirəm Sənin onlar üzərində olan haqqına. Sənin haqqını Səndən daha yaxşı heç kim bilməz”. Sonra aşağıdakı sözlərin hərəsini 10 dəfə demək lazımdır: “Bikə ya Allah”, “bi-Mühəmməd”, “bi-Əliyy”, “bi-Fatimə”, “bil-Həsən”, “bil-Hüseyn”, “bi-Əliyy ibnil-Hüseyn”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Cəfər ibni Mühəmməd”, “bi-Musəbni Cəfər”, “bi Əliyy ibni Musa”, “bi-Mühəmməd ibni Əliyy”, “bi-Əliyy ibni Mühəmməd”, “bil-Həsən ibni Əliyy” və “bil-Hüccə”. Bundan sonra hər kəs ürəyində bir niyyət tutub, onun həyata keçməsini Allahdan istəməlidr. Göründüyü kimi, bu yolla insan Peyğəmbərin, Fatimeyi-Zəhranın və 12 imamın xatirinə Allaha and verir ki, onun dualarını eşitsin və istəyini yerinə yetirsin. 6. Ramazanın 19-cu gecəsində (İmam Əlinin yaralandığı gecədə) o həzrətin qatilinə bu sözlərlə 100 dəfə lənət göndərmək buyurulur:”Allahümməl-ən qətələtə əmiril-möminin” (“İlahi, möminlərin əmirini öldürənə lənət et”).